Azərbaycanda 1,5 milyon manata it satılır - FOTO

28.01.2020 14:01

Heyvanlar arasında itlər insanların ən yaxşı dostları hesab olunur. Bu heyvanlardan müxtəlf sahədə istifadə edilir. Bəziləri itlərdən evləri qorumaq, bəziləri isə ferma və ovda köməkçi kimi faydalanır.

Bununla yanaşı evdə nadir və təmiz cins it saxlamağa üstünlük verənlər də az deyil. Bu itlər isə digərlərindən qiymət baxımından baha olur. Dünyada olduğu kimi, Azərbaycanda da nadir cins itlər satışdadır.

XəzərXəbər xəbər verir ki, Tibet mastifi cinsi potensial sahiblərinə təklif olunan ən bahalı itdir. Elanlara görə, bu heyvanı almaq istəyən şəxslər yaşından və çəkisindən asılı olaraq 59 min AZN - 1,5 milyon AZN arasında xərc çəkməlidirlər.

Qeyd edək ki, Tibet Mastifi dünyanın ən bahalı və qədim it cinslərindən biridir. Tibet mastifi iri köprəklər cinsi molossun "ulu baba"sı hesab olunur. Rəvayətlərə görə, bu itlərdən Buddada və Çingizxanda da varmış. Tibet Mastifi, qoyunlarını bəbirdən qorumaq üçün Hindistanda, Çin, Nepal və Tibetdə yerli qəbilələr tərəfindən istifadə edilir. Eyni zamanda döyüş iti kimi istifadə olunub. Tarix boyu müxtəlif dövlətlərin, Tibet mastifini döyüş iti olaraq istifadə etdiyi bilinir. Bu itlər tarix boyu insanları qorumaq üçün və ailəyə uyğun bir it kimi istifadə edilmişdir, uşaqlarla çox rahat və mehriban davranır. Çingiz Xan 30-min nəfərlik bir ordu quraraq ordunun ən önündə Tibet mastiflərindən istifadə etmişdir.

BAKU.WS

© xezerxeber.az


274 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR