Bakı
6 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Bu ərazilərdə qaz olmayacaq

23.01.2020 09:57

"Azəriqaz” İstehsalat Birliyi Bakı şəhəri və paytaxt ətrafında aparılan quruculuq və abadlıq işləri çərçivəsində tərtib olunan proqram əsasında qaz təchizatı şəbəkəsində müəyyən dəyişikliklər edir.

"Azəriqaz”dan xezerxeber.az-a verilən məlumata görə, Bakı-Sumqayıt yolunun sol tərəfində "Ekologiya” postu kimi tanıdığımız Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji nəzarət üzrə yol-patrul xidməti bölüyünün yaxınlığında yolun genişləndirilməsi ilə bağlı diametri 273 mm olan mövcud orta təzyiqli qaz xətti təhlükəsiz əraziyə köçürüləcək.

Bu işin icrası zamanı yanvarın 23-də səhər saat 10:00-dan etibarən Abşeron rayonu, Xırdalan kəndi, "Mexkalon” yaşayış massivində bir qrup abonentin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. İşlər tamamlanan kimi qaz təchizatının tez bir zamanda bərpası təmin ediləcək.

© xezerxeber.az


471 dəfə oxunub

XƏBƏRLƏR

24.02.2020 13:20

Londonda 5 qol - VİDEO

ÇOX OXUNANLAR