Bakının bir hissəsində su olmayacaq

22.01.2020 12:11

Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

"Azərsu” ASC-dən bildirilib ki, magistral kəmərlərdə təmir-bərpa işlərinin aparılması ilə əlaqədar yanvarın 22-də gün ərzində Suraxanı rayonu Hövsan kəndi, Bahar və Qum adası yaşayış massivlərinə içməli suyun verilməsində məhdudiyyətlər tətbiq ediləcək.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR