Mərkəzi Banka baş direktorlar təyin olunub

17.01.2020 17:17

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyində dəyişiklik edilərək quruma daha iki baş direktor təyinatı həyata keçirilib.

Xezerxeber.az-ın AMB-yə istinadən verdiyi xəbərə görə, yeni təyin olunan baş direktorlar – Əli İsmayıl oğlu Əhmədov, Toğrul Nəcəfəli oğlu Əliyevdir.

Beləliklə, AMB-də baş direktorların sayı 6-ya çatdırılıb. Digər baş direktorlar - Akşin Vəzir oğlu Vəliyev, Rəşad Temraz oğlu Orucov, Ziya Zəfər oğlu Əliyev və Vüqar Ramin oğlu Əhmədov fəaliyyətlərini davam etdirirlər.

© xezerxeber.az


188 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR