ABŞ-ın neft ehtiyatları 448 milyon barrelə çatır

12.12.2019 13:12

Birləşmiş Ştatların xam neft ehtiyatları artıb.

Bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 800 min barrel (0,2 faiz) artaraq 447,9 milyon barrel olub. Bazar proqnozları isə ehtiyatların 2,8 milyon barrel azalacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 4,9 milyon barrel geriləmişdi. Beləliklə də ölkənin neft ehtiyatları son 7 həftənin altısında artım göstərib.

ABŞ-ın strateji neft ehtiyatları isə 200 min barrel (0,1 faiz) azalaraq 635 milyon barrel olub.

Ölkənin benzin ehtiyatları hesabat həftəsində 5,4 milyon barrel (2,4 faiz) artaraq 234,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 2,5 milyon barrel artacağı istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 3,4 milyon barrel çoxalmışdı.

© xezerxeber.az


134 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR