Bakının Nizami rayonunda qazın verilişində fasilələr olacaq

20.11.2019 09:32

Bu gün Nizami rayonunda əhalinin istiliklə təchizatı üçün vacib işlər icra olunacaq.

Bu barədə xezerxeber.az-a "Azəriqaz” İstehsalat Birliyindən bildirilib.

Qeyd edilib ki, "Azəristiliktəchizat” ASC-yə məxsus 344 saylı qazanxananı təbii qazla təmin edən orta təzyiqli qaz kəməri üzərində quraşdırılmış istismara yararsız siyirtmə yenisi ilə əvəzlənəcək.

Bildirilib ki, saat 10:00-dan etibarən Nizami rayonunda qazın verilişində fasilələr müşahidə ediləcək.

© xezerxeber.az


122 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR