Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

20.11.2019 09:28

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyon dolları ötüb.

Bu barədə AZƏRTAC-a Moldovanın Milli Statistika Bürosundan məlumat verilib.

Bildirilib ki, hesabat dövründə Azərbaycanın Moldovadan idxal etdiyi məhsulun dəyəri 4,1 milyon dollara yaxın olub. Azərbaycandan Moldovaya isə 497 min dollarlıq məhsul ixrac edilib.

Xatırladaq ki, 2018-ci ildə Azərbaycan ilə Moldova arasında ticarət dövriyyəsinin həcmi 7 milyon dollara yaxın olub.

© xezerxeber.az


111 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR