Bakı-Şamaxı-Yevlax avtomobil yolunda çat əmələ gəlib

19.11.2019 16:02

Bu gün yenidən qurulması aparılan Bakı-Şamaxı-Yevlax avtomobil yolunun təqribən 108-ci km-də asfalt-beton örtükdə eninə çat əmələ gəlib.

"Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən verilən məlumata görə, həmin çatın yaranma səbəbləri mütəxəsislər tərəfindən araşdırılıb.

Qeyd edək ki, sözügedən ərazidə 15-16 metr hündürlükdə tökmə qrunt var və həmin qruntun təbii yatması nəticəsində asfalt-beton örtükdə çat əmələ gəlib. Ərazidə heç bir sürüşmə qeyd alınmayıb.

Bu tip tikinti prosesində belə təbii yatmanın baş verməsi normal hesab olunur və bunun yolun konstruksiyasına heç bir təsiri yoxdur.

Yolun tikintisini həyata keçirən podratçı şirkət tərəfindən sözügedən ərazi qısa müddət ərzində bərpa ediləcək.


© xezerxeber.az


126 dəfə oxunub

XƏBƏRLƏR

13.12.2019 16:33

Neymarı istəyən 6 klub

ÇOX OXUNANLAR