Ət idxalı artıb

16.11.2019 14:42

Bu ilin 10 ayında ölkəyə 41 min 786 ton ət idxal edilib.

Xezerxeber.az Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, yanvar-oktyabr aylarında idxal edilən ətin dəyəri isə 64 milyon 172 min ABŞ dolları olub.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında ölkəyə 57 milyon 220 min dollarlıq 38 min 829 ton ət idxal edilib.

© xezerxeber.az


119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR