Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sabah açılacaq

08.11.2019 13:32

Noyabrın 9-da səhər saatlarından Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi sərnişinlərin istifadəsinə açıq olacaq.

Bu barədə Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumatda qeyd olunub ki, ətraf kənd və qəsəbələr, eləcə də digər müvafiq istiqamətlər üzrə marşrut xətt avtobusları Atletlər kəndinin qarşısında yeni qurulan mərkəzdən hərəkət edəcək.

© xezerxeber.az


57 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR