Dünyanın borcu 188 trilyona çatdı – Rekord

08.11.2019 13:14

Dünyanın ümumi borcu rekord həcmə - 188 trilyon dollara çatıb.

Bunu Jak Polak adına konfransın açılışında çıxışı zamanı Beynəlxalq Valyuta Fondunun direktoru Kristalina Georgiyeva deyib. Onun sözlərinə görə, bu borc dünyanın ümumdaxili məhsulunun 230%-ni təşkil edir:

"Dünyanın borcu - həm dövlətlərin, həm də özəl şirkətlərin ümumilikdə 188 trilyon dollara çatıb. Bu da dünyanın ümumdaxili məhsulunun 230%-ni təşkil edir. Onun artmasının əsas səbəbkarı özəl sektordur. Belə ki, dünyanın ümumi borcunun üçdə ikisi özəl sektorun payına düşür. İnkişaf etmiş ölkələrin dövlət borcu II Dünya müharibəsindən bu yana ən yüksək səviyyəyə çatıb”./axar.az

© xezerxeber.az


140 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR