Bu yolda rənglənmə işləri aparılacaq

07.11.2019 14:12

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə noyabrın 7-9-da saat 10:00-dan 17:00-dək Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 14-101 kilometr hissəsində üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri görüləcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, sürücülərdən sözügedən yolda diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

© xezerxeber.az


75 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR