ABŞ-ın dövlət borcu rekord səviyyəyə çatdı

02.11.2019 11:07

ABŞ-ın dövlət borcu yeni rekord səviyyəyə çataraq 23 trilyon dolları ötüb.

RİA "Novosti” agentliyi xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyinin gündəlik hesabatında deyilir.

Bu məbləğin 17 trilyon dolları vətəndaşlar və maliyyə institutları, 6 trilyonu isə federal hokümətin müxtəlif müəssisələrinin payına düşür.

Beynəlxalq Valyuta Fondunun proqnozlarına görə, ABŞ-ın dövlət borcu 2017-ci ildə ümumi daxili məhsulun (ÜDM) 108 faizindən 2023-cü ildə ÜDM-nin 117 faizinə qədər artacaq.

Barak Obamanın 8 illik (2008-2016) prezidentliyi dövründə ABŞ-ın dövlət borcu 9 trilyon dollardan çox artaraq 20 trilyon dollara çatıb. Amerikalı iqtisadçılar bu rəqəmin 2026-cı ilə qədər 30 trilyon dollar səviyyəsinə yüksələcəyini gözləyirlər./publika.az

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR