Gürcüstanın Azərbaycana 6,87 milyon dollar dövlət borcu var

11.10.2019 21:16

Gürcüstanın sentyabrın sonuna olan dövlət borcunun həcmi açıqlanıb. Cari il sentyabrın 30-na olan məlumata görə, Gürcüstanın 5 milyard 355,7 milyon dollar xarici dövlət borcu var. Bu da əvvəlki ayla müqayisədə 31,8 milyon dollar azdır.

Xezerxeber.az xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin hesabatında deyilir.

Bildirilir ki, qonşu ölkənin Azərbaycana olan dövlət borcu avqust ayı ilə müqayisədə dəyişməyib və sentyabrın 30-na 6,87 milyon dollar təşkil edib.

Məlumat üçün qeyd edək ki, Gürcüstanın ümumi dövlət borcunun 5,15 milyard dolları hökumətin xarici borcudur.

© xezerxeber.az


147 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR