Bu şəxslərin maaşları artırıldı

09.10.2019 10:01

Olimpiya idman növləri üzrə milli yığma komandaların baş məşqçilərinin maaşları artırılıb.

XəzərXəbər xəbər verir ki, Nazirlər Kabinetinin "Olimpiya idman növləri üzrə milli yığma komandaların Baş məşqçilərinə aylıq vəzifə maaşlarının təyin edilməsi haqqında” 2005-ci il 13 may tarixli Qərarının 1-ci hissəsində edilən dəyişikliyə əsasən maaşlar 594 manatdan 890 manata qədər artırılıb.

Qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilib.

© xezerxeber.az


434 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR