Gömrükçülər narkotik vasitə aşkarlayıb

05.10.2019 14:24

Gömrükçülər narkotik vasitə aşkarlayıblar.

Dövlət Gömrük Komitəsindən bildirilib ki, Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İrandan piyada yolla gələn Azərbaycan vətəndaşı Biləsuvar gömrük postunda saxlanılıb və şifahi sorğu-sual edilib. Bu zaman o, üzərində gömrük nəzarətindən gizlədilən və mütləq bəyan olunmalı hər hansı bir predmetin, o cümlədən narkotik vasitə, psixotrop maddələrin olmadığını bildirib. Şəxsi yoxlama zamanı özünü şübhəli apardığından, vətəndaşın daxili orqanlarının tibbi müayinədən keçirilməsi zərurəti yaranıb. O, gömrük əməkdaşlarının müşayiəti ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına aparılacağı zaman daxili orqanında narkotik vasitə olduğunu etiraf edib. Müayinə zamanı onun daxili orqanı - düz bağırsağında yapışqanlı lentə bükülmüş 2 ədəd bükümdə ümumi çəkisi 51 qram olan açıq qəhvəyi rəngli narkotik vasitə - heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az


109 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR