Azərbaycana qanunsuz yolla mobil telefonların keçirilməsinin qarşısı alınıb - FOTO

02.10.2019 13:50

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mazda 3" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb və şifahi sorğu-sual olunub.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Yoxlama zamanı avtomobilin salonunda, torpedanın içindən 1 ədəd "Samsung Galaxy A7", 2 ədəd "Samsung Galaxy A 20", 3 ədəd "Samsung Galaxy A 40", 2 ədəd "Samsung Galaxy A 10", 2 ədəd "Samsung Galaxy A 30", 2 ədəd "Samsung Galaxy A50", 3 ədəd "Redmi Note 7", 2 ədəd "Mi A2 lite" markalı mobil telefonlar aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

© xezerxeber.az

FOTOQALERIYA






115 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR