Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Tələb çox, təklif az - Kirayə mənzil bazarında ucuzlaşma nə vaxt baş verəcək?

18.09.2019 17:04

Ötən illə müqayisədə, hazırda kirayə mənzil qiymətlərində təqribən 15-20 faizartımmövcuddur.

Bunu Oxu.Az-a açıqlamasında Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı hazırda mənzil bazarında mövcud olan vəziyyəti şərh edərkən deyib.

Onun sözlərinə görə, qiymət artımı kirayə mənzil bazarında təklif portfelinin məhdudlaşması və həcminin daralması ilə bağlıdır:

"Son iki il ərzində ölkədə sürətlə təklif portfelinin həcminin daralması baş verir. Çünki ildən-ilə şəhərsalma ilə bağlı infrastruktur lahiyələrinin icrası ilə əlaqədar paytaxtda söküntü işləri genişlənir.

Son iki ildə "Sovetski”, Keşlə, "Montin”və digər yerlərdə söküntü işləri çoxaldı. Bu da təklif portfelinin həcmini xeyli dərəcədə daraltdı. Təbii ki, bu proses kirayə mənzil bazarında təklifin həcminə mənfi təsir göstərir. Çünki sökülən bütün ərazilər bazardan çıxır.

Nəticədə, qiymət artımı baş verir. Hökm sürən proses bu il bir qədər qabarıq şəkildə hiss olundu. Belə ki, əvvəllər təxminən 250 manata təklif olunan mənzillərin qiyməti artıq 300-320 manat arasında dəyişir. Hətta bəzi ərazilərdə qiymətlər daha artıqdır.

Ümumilikdəbütün mənzillərin qiymətində ərazidən asılı olaraq, 15-20 faizlik artım müşahidə edilir. Bahalaşma daha çox ümumi dəyərdə aylıq kirayə haqqı 400-450 manata kimi olan köhnə mənzillərdə baş verir. Çünki tələbələr ucuz alıcı auditoriyasınıntələblərinə cavab verən mənzillərə üstünlük verir.

Adətən, şəhər mərkəzindəki bahalı evlərə tələb ölkəyə turist axını zamanı baş verir və bu dagündəlik kirayə qiymətlərinin artımına səbəb olur. Hazırda bu istiqamətdə ciddi dəyişiklik yoxdur”.

Ucuzlaşmanın nə vaxt olacağına gəlincə, ekspert bildirib ki, hələ ki, bununla bağlı iqtisadi əsasyoxdur:

"Ucuzlaşma, adətən, mövsümlə əlaqədar bazarda baş verən müəyyən tendensiyalarla bağlı olur. Məsələn, iyunda ucuzlaşma dərs ilinin yekunlaşmasına əsaslanırdı. Eyni proses növbəti dərs ilinin bitməsində olacaq”.

Ramil Osmanlı mənzil satışında mövcud olan qiymətlərdə isə sabitliyin hökm sürdüyünü qeyd edib:

"Hələlikbazarda ciddi əhəmiyyətli qiymət dəyişməsi müşahidə olunmur. Qiymətlər sabitdir. Yaxın dövrlərdə ipoteka kreditləşməsi istiqamətində müəyyən fundamental dəyişikliyin olma ehtimalı var.

Hesab edirəm ki, bu istiqamətdə müəyyən qərarlar qəbul olunsa, ipoteka kreditlərinin həcmi artsa, yay mövsümündəipoteka kreditlərində mövcud durğunluq aradan qaldırılsa, yəqin ki, qarşıdakı aylarda bazarın fəallaşması müşahidə olunacaq. Qiymətlərdə dəyişiklik hiss ediləcək”.

© xezerxeber.az


112 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR