Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Maye qazın qiyməti dövlət tərəfindən tənzimlənməyəcək

18.09.2019 11:46

Nazirlər Kabineti "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”na dəyişiklik edib.

Trend-in məlumatına görə, dəyişikliyə əsasən, siyahının 3-cü hissəsində "Təbii qaz” sözləri "Təbii qazın boru kəmərləri ilə nəqli, topdan və pərakəndə satışı” sözləri ilə əvəz edilib.

Həmçinin dəyişikliyə əsasən, siyahının 4-cü (Maye qaz (topdansatış)) və 11-ci (Təbii qazın boru kəmərləri ilə nəqli, saxlanması və paylanması xidmətləri) hissələri ləğv edilib.

© xezerxeber.az


189 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR