Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 4 dəfə artıb

05.09.2019 12:51

2018-ci ildə Azərbaycanla Pakistan arasında ticarət dövriyyəsi 32 milyon dollara çatıb.

Bunu Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmand mətbuat konfransında deyib.

Onun sözlərinə görə, iki ölkə arasında ticarət dövriyyəsi təxminən 4 dəfə artıb:

"Buna qədər həmin göstərici 8 milyon dollara yaxın idi. Pakistan Azərbaycanla ticari-iqtisadi münasibətlərin möhkəmlənməsində maraqlıdır. Biz turizm sahəsində ikitərəfli inkişaf üçün böyük potensial görürük”. (Trend)

© xezerxeber.az


114 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR