Bakıda iki küçədə hərəkət məhdudlaşdırılacaq

19.08.2019 12:46

Avqustun 20-dən etibarən Bakının Mirzağa Əliyev küçəsindən başlayaraq Nizami küçəsinin kəsişməsinə qədər və Murtuza Muxtarov küçələrində yol tikinti işləri ilə əlaqədar hərəkət məhdudlaşdırılacaq.

Bu barədə xezerxeber.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Tikinti işləri bir həftə müddətinə qədər davam edəcək.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə edilir.

© xezerxeber.az


117 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR