Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı artıb

19.08.2019 13:57

Bu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan Gürcüstana tikinti materiallarının ixracı artıb.

APA-nın yerli bürosu Gürcüstan Milli Statistika İdarəsinin hesabatına istinadən məlumat verir ki, 2019-cu ilin yanvar-iyul ayları ərzində Azərbaycandan bu ölkəyə 12 805,2 min ABŞ dolları dəyərində 230 819,7 ton sement ixrac edilib. Ötən ilin hesabat dövrü ərzində isə Gürcüstana 10 305,3 min ABŞ dolları dəyərində 204 885,0 ton sement ixrac edilib.

Hesabat dövrü ərzində Gürcüstana dəmir və polad çubuqların ixracı isə kəskin artıb. Belə ki, yanvar-iyul ayları ərzində 8 893,9 min ABŞ dolları dəyərində 19 116,2 ton məhsul ixrac edilib. 2018-ci ilin analoji dövründə isə 4 169,5 min ABŞ dolları dəyərində 7 494,6 ton dəmir və polad çubuqlar ixrac edilib.

© xezerxeber.az


121 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR