Azərbaycanlıların 83,4 faizi xaricə dəmir yolu və avtomobil nəqliyyatından istifadə edərək gedib

22.07.2019 15:36

Cari ilin yanvar-iyun aylarında xarici ölkələrə səfər edən Azərbaycan vətəndaşlarının 83,4 faizi dəmir yolu və avtomobil nəqliyyatından istifadə edib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, xarici ölkələrə səfər edən azərbaycanlıların 15,8 faizi hava, 0,8 faizi isə su nəqliyyatına üstünlük verib.

© xezerxeber.az


124 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR