Bəzi təhlükəli heyvan xəstəliklərinin sayı artıb

21.07.2019 13:58

Nazirlər Kabineti "Baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin Siyahısı”nda dəyişiklik edib.

Qərara əsasən, pasterelyoz xəstəliyi baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına daxil edilib.

Xırdabuynuzlu heyvanlar arasında rast gəlinən bradzot və anaerob enterotoksemiya xəstəlikləri də baytarlıq sahəsində profilaktikası, diaqnostikası və ləğvi dövlət büdcəsindən maliyyələşdirilən heyvanların xüsusi təhlükəli xəstəliklərinin siyahısına əlavə olunub.

© xezerxeber.az


198 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR