Azərbaycanda rəsmi işsizlərin sayı 56 minə çatıb

17.07.2019 10:27

Bu il iyulun 1-i vəziyyətinə Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5 167,9 min nəfər olub, onlardan 4 915,2 min nəfərini məşğul əhali təşkil edib.

Xezerxeber.az-ın dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, cari ilin iyulun 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 55,8 min nəfər olub, onların 34,6%-ni qadınlar təşkil edib. Ötən ilin iyulun əvvəli ilə müqayisədə ölkədə rəsmi işsiz statusuna malik olanların sayı 19,2 min nəfər və ya 52,5% artıb.

İşsizlikdən sığorta ödənişinin orta məbləği 221,2 manat təşkil edib ki, bu da illik müqayisədə 66 manat və ya 23% azdır.

© xezerxeber.az


176 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR