Bu məhsullar GMO-dur - SİYAHI

10.07.2019 14:54

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) dünyada geni modifikasiya olunmuş bitki növlərinin siyahısını açıqlayıb.

Xezerxeber.az AQTA-ya istinadən geni modifikasiya olunmuş bitki növlərinin siyahısını da təqdim edir:

1. Pomidor (Lycopersicon esculentum) Kanada, Çin, Meksika, ABŞ;

2. Yemiş (Cucumis melo) ABŞ;

3. Alma (Malus x Domestica) Kanada, ABŞ;

4. Kartof (Solanum tuberosum L) Rusiya;

5. Əkin yoncası (Medicago sativa)
Argentina, Avstraliya, Kanada, Yaponiya, Meksika, Yeni Zelandiya, Sinqapur, Cənubi Koreya, ABŞ;

6. Lobya (Phaseolus vulgaris) Brazilya;

7. Pambıq (Gossypium hirsutum L.) Argentina, Avstraliya, Brazilya, Qərbi Afrika, Kanada, Çin, Kolumbiya, Efiopiya, AB, Hindistan,Yaponiya, Malaziya, Myanmar, Yeni Zelandiya, Paraqvay, Filippin, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, Tayvan, ABŞ, Svaziland;

8. Badımcan (Solanum melongena) Bangladeş;

9. Kətan (Linum usitatissimum L.) Kanda, Kolumbiya, ABŞ;

10. Qarğıdalı (Zea mays L.) Argentina, Avstraliya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, Kuba, Misir, AB, Honduras, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Panama, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Pakistan, Cənubi Aftrika, Cənubi Koreya, Sudan, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam, Zambiya;

11. Gavalı (Prunus domestica) ABŞ;

12. Raps (Brassica rapa) Kanada;

13 Düyü (Oryza sativa L.) Avstraliya, Kanada, Çin, Kolumbiya, Honduras, Yaponiya, İran, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Cənubi Afrika, ABŞ;

14. Qızıl gül (Rosa hybrida) Avstraliya, Kolumbiya, Yaponiya, ABŞ;

15. Saflor (Carthamus tinctorius L.) Avstraliya;

16. Soya (Glycine max L.) Argentina, Avstraliya, Boleviya, Brazilya, Kanada, Çili, Çin, Kolumbiya, Kosta Rika, AB, Hindistan, İndoneziya, İran, Meksika,Yaponiya, Malaziya, Yeni Zelandiya, Nigeriya, Paraqvay, Filippin, Rusiya, Sinqapur, Cənubi Aftrika, Cənubi Koreya, İsveçrə, Tayvan, Tayland, Tükiyə, ABŞ, Uruqvay, Vyetnam;

17. Balqabaq (Cucurbita pepo) Kanada, ABŞ;

18. Şəkər çuğunduru (Beta vulgaris) Avstraliya, Kanada, Çin, Kolumbiya, AB,Yaponiya, Meksika, Yeni Zellandiya, Filippin, Rusiya, Sinqapur, Cənubi Koreya, Tayvan, ABŞ;

19. Şəkər qamışı (Saccharum sp) Brazilya, Kanada, İndoneziya, ABŞ;

20. Şirin bibər (Capsicum annuum) Çin;

21. Tütün (Nicotiana tabacum L.) AB, ABŞ;

22. Yumşaq buğda (Triticum aestivum) Avstraliya, Kolumbiya, Yeni Zelandiya, ABŞ;

23. Kanola (Brassica napus) Avstraliya, Kanada, Çili, Çin,AB, Malaziya, Meksika, Yeni Zelandiya, Filippin, Sinqapur, Cənubi Afrika, Cənubi Koreya, Taivan, ABŞ;

24. Qərənfili (Dianthus caryophyllus) Avstraliya, Kolumbiya, AB, Yaponiya, Malaziya, Norveç;

25. Adi kasnı (Cichorium intybus) ABŞ;

26. Sürünən tarlaotu (Agrostis stolonifera) ABŞ;

27. Evkalipt (Eucalyptus sp.) Brazilya;

28. Papaya (Carica papaya) Kanada, Çin, Yaponiya, ABŞ;

29. Petunya (Petunia hybrida) Çin;

30. Qovaq (Populus sp.) Çin.

Agentlikdən Trend-ə verilən məlumata görə, hazırda dünyada istehsal edilən genetik modifikasiya olunmuş bitki növlərinin sayı cəmi 30-dur. Ümumdünya Səhiyyə təşkilatı (ÜST) geni modifikasiya edilmiş bitkilərin istehlakının insan üçün təhlükəsiz olması ilə bağlı bildirir ki, bu cür bitkilərin həm qida, həm də yem kimi istifadəsinə icazə verilən ölkələrdə heç bir sağlamlığa yönəlmiş əks təsiri aşkar olunmayıb:

"Avropa Komisiyyasının verdiyi məlumata əsasən, 25 il ərzində 500 müstəqil tədqiqat müəssisəsində həyata keçirilmiş 150 tədqiqat layihəsi zamanı GMO – nun təhlükəli olması ilə bağlı heç bir nəticə əldə olunmayıb. Hazırda da dünyanın bir çox ölkəsində GMO istehsalı ilə məşğul olan şirkətlər mövcuddur".

© xezerxeber.az


76 dəfə oxunub

XƏBƏRLƏR

15.07.2019 22:41

Kainat fırlanırmı?

ÇOX OXUNANLAR