Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Vergi daxilolmalarında regionların payı artır

10.07.2019 12:09

Vergiödəyicilərinin sayı baxımından regionlarla Bakı şəhəri arasında ciddi fərqlər mövcud deyil. Lakin bu məsələdə vergiödəyicilərinin sayının müqayisəsindən daha çox Bakıda və regionlarda fəaliyyət göstərən vergiödəyicilərinin strukturuna nəzər yetirilməlidir.

AZƏRTAC xəbər verir ki, bu barədə Vergilər Nazirliyinin İqtisadi təhlil və uçota nəzarət departamentinin baş direktoru Natiq Şirinov deyib.

Onun sözlərinə görə, vergi qanunvericiliyinin tələbləri baxımından iri vergiödəyiciləri, xüsusi vergi rejimində fəaliyyət göstərən vergiödəyiciləri, təbii inhisar subyektləri Bakı şəhəri Milli Gəlirlər Departamentində cəmlənib: "Ona görə də bu sektor üzrə regionlarla müqayisədə paytaxtda vergi daxilolmaları daha çox olur. Lakin regionlara ayrılan investisiyaların özü də ərazi vergi orqanları üzrə daxilolmalarda ciddi artımlarla müşahidə olunur. Məsələn, 2018-ci ilin daxilolmalarla bağlı göstəriciləri 2017-ci illə müqayisə etsək, görərik ki, ötən il regionlardan vergi daxilolmalarında 14 faiz artım qeydə alınıb. Bu ilin ilk 4 ayının göstəricilərini ötən ilin eyni dövrü müqayisə etdikdə isə artım 24 faiz təşkil edir. Yəni bölgələrdə daha çox mikro, kiçik və orta sahibkarlıq subyektləri fəaliyyət göstərsə də, regionların vergi daxilolmalarındakı payında artım müşahidə olunur".

© xezerxeber.az


167 dəfə oxunub

XƏBƏRLƏR

14.11.2019 12:38

Putin Braziliyaya getdi

ÇOX OXUNANLAR