Banklarda 500 avroya 1 faiz komissiya tutulur

10.07.2019 09:33

Azərbaycan banklarlarının əksəriyyəti 500 avroluq pul nişanının qəbuluna 1 faizlik komisyon haqqı müəyyənləşdiriblər. Bu o deməkdir ki, vətəndaş 500 nominallı avro əskinası ilə əməliyyat aparırsa o zaman əlavə olaraq 1 faiz ödəməlidir. Məsələn, 500 əskinaslıqlardan ibarət olan 50 min avronu hesabında yerləşdirmək istəyən vətəndaşımız həmin 500 avrodan birini banka "hədiyyə” etmək məcburiyyətindədir. Bankların tədavüldə istifadəsi davam edən əskinas üçün əlavə ödəniş müəyyənləşdirilməsi bir daha göstərir ki, əksər banklarımızı sadəcə necə olur-olsun gəlir əldə etmək maraqlandırır. Halbuki, bir müddət öncə Azərbaycan Mərkəzi Bankı 500 nominallıq avro əskinaslarının ölkə daxili istifadəsi ilə bağlı heç bir problemin olmadığını bəyan etmişdir. 

Xezerxeber.az xəbər verir ki, bu barədə bu barədə iqtisadçı alim Vüqar Bayramov qeyd edib. 

O bildirib ki, banklar heç bir iqtisadi əsas olmadan bu tip komisyon haqqları müəyyənləşdirməsi sadəcə müştəri üçün əlavə xərc yaratmağa hesablanır. Bank xərclərinin azaldılmasının müzakirə edilməsinə baxmayaraq hələ də əksər banklarımız xərc artırmağı hədəfləyiblər: "Əslində belə xərclər müəyyənləşdirilən zaman həm Mərkəzi Bankın, həm də Maliyyə Bazarlarına Nəzarət Palatasının məsələyə mövcud qanunvericilik çərçivəsində müdaxiləsi çox vacibdir".

Qeyd edək ki, Avropa Mərkəzi Bankı 4 may 2016-cı il tarixdə 500 avro nominallı əskinasın istehsalının dayandırılması və 2018-ci ilin sonlarından isə bu nominalın təkrar tədavülə buraxılmaması ilə bağlı qərar qəbul edib. Bununla yanaşı, Avropa Mərkəzi Bankı tərəfindən 500 avroluq pul nişanının bütün kommersiya strukturularının (o cümlədən banklar, ixtisaslaşmış nağd pul təşkilatları, valyuta mübadiləsi büroları və s.) mədaxil və məxaric əməliyyatlarında qalmasına icazə verilib, bütün digər nominallı avro əskinaslar kimi onun da daima öz nominal dəyərini saxlayacağı və müddətsiz olaraq Avrosistemə daxil olanmərkəzi banklar tərəfindən dəyişdiriləcəyi qeyd olunub. Avropa Mərkəzi Bankının və hətta Azərbaycan Mərkəzi Bankının açıqlamalarına baxmayaraq əksər banklarımız müştərilərin xərci hesablna yeni gəlir mənbələri axtarışını davam etdirirlər.

© xezerxeber.az

FOTOQALERIYA






250 dəfə oxunub

XƏBƏRLƏR

14.10.2019 09:37

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR