AQTA sədri: “Qurban bayramında həyata keçirilən ritual biabırçılıqdır”

09.07.2019 14:05

"Qida Təhlükəsizliyi Agentliyi Qurban bayramına hazırlıq işləri görür. Bayramla əlaqədar Bakıda və regionlarda Qurban çadırları qurulacaq".

APA xəbər verir ki, bunu AQTA-nın sədri Qoşqar Təhməzli qurumun səlahiyyətlərinin icrasına başlamasının bir ilinə həsr olunmuş mətbuat konfransında bildirib.

Q.Təhməzli bildirib ki, bu çadırlar heç olmasa minimum standartları özündə cəmləşdirən heyvan kəsimi çadırları olmalıdır: "Hər kəs şahiddir ki, Qurban bayramında həyata keçirilən ritual sözün əsl mənasında biabırçılıqdır. Bu, istənilən xəstəliyin yayılmasına səbəb ola bilər".

© xezerxeber.az


290 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR