Bakı-Ağstafa-Qazax sərnişin qatarı ləğv edilir

09.07.2019 12:53

"Azərbaycan Dəmir Yolları" QSC iyulun 15-dən Bakı-Ağstafa-Qazax sərnişin qatarını ləğv edəcək. Bu barədə "APA-Economics”a QSC-dən bildirilib.

Məlumata əsasən, sərnişinlər bu istiqamət üzrə Bakı-Böyük Kəsik qatarından istifadə edə biləcəklər.

"İyulun 15-dən Bakı-Ağstafa-Qazax qatarı ləğv olunacaq və bu istiqamətdə yalnız bir qatar - Bakı-Böyük Kəsik hərəkət edəcək”, - deyə QSC-dən bildirilib.

"Azərbaycan Dəmir Yolları"dan həmçinin qeyd ediblər ki, bu qərar qatarların hərəkətinin optimallaşdırılması məqsədi ilə verilib.

© xezerxeber.az


304 dəfə oxunub

XƏBƏRLƏR

14.10.2019 09:37

Neft yenidən ucuzlaşıb

ÇOX OXUNANLAR