Dünyanın ən bahalı restoranlarının qiymətləri şoka salır

14.06.2019 16:15

Yemək yemək doymaqdan əlavə eyni zamanda bir ritualdır. Sosiallaşma üçün əhəmiyyətli bir vasitə olan yemək münasibətlərin başlamasında, böyük iqtisadi müqavilələrin imzalanmasına vasitə ola bilər. Beləliklə yeməyin harda yeyilməsi də əhəmiyyətli bir faktordur. Buna görə də restoran seçimi də əhəmiyyətli yer tutur.

Dünyanın ən bahalı restoranlarını təqdim edirik.

Masa Nyu York- Nyu Yorkun ən məşhur restoranlarınan biri olan Masadünyanın ən bahalı restoranıdır. Burada bir pay yemək yeməyin qiyməti təxminən 2000 dollardır. Üstəlik bu qiymətə bəxşiş daxil deyil.

İthaa sualtı restoranı,Maldivlər- Maldivlərdəki bu restoran dünyanın ən qəribə restoranlarından biridir. Su altında inşa edilmiş İthaada bir yeməyin qiyməti isə 550 dollardan başlayıb.

Le Pre Catelan,Paris- dünyanın ən dəbdəbəli restoranlarına ev sahibliyi edən Parisdə belə məkanlardan biri də Le Pre Catelandır. Restoranda təxminən bir pay yeməyin qiyməti 300 dollardan başlayıb. Bu qiymətə başlanğıc, şirniyyat və bəxşiş daxil deyil.

Aragava Tokyo- eyni anda təxminən 22 nəfəri qonaq edən restoranda 1 nəfərlik yemək qiymətləri 350 dollardan başlayır.

Yaponiyanın digər şəhəri Osakadakı Misoguigava restoranında milli yapon yeməyinin qiyməti təxminən 300 dollardır./Metbuat.az

© xezerxeber.az


218 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR