“Fiat" və “Renault” birləşə bilər

10.06.2019 15:14

İtaliyanın "Fiat Chrysler” və Fransanın "Renault” avtokonsernləri arasında birləşmə haqqında danışıqlar bərpa oluna bilər.

Danışıqlar bərpa olunduqdan sonra uğurla başa çatarsa, yeni formalaşacaq şirkət Almaniyanın "Volkswagen” və Yaponiyanın "Toyota” şirkətlərindən sonra üçüncü yerdə qərarlaşacaq.

Qeyd olunur ki, mayın sonlarında başlayan danışıqlar "Renault” şirkətinə daxil olan "Nissan”ın birləşmə qərarına qarşı çıxmasından sonra dayandırılmışdı.

Hazırda "Renault” şirkətinin "Nissan”da payının azaldılması barədə təklif irəli sürülüb./Trend

© xezerxeber.az


72 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR