Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

Hesablama Palatası: 2018-ci ildə 2 quruma büdcə ssudası verilib

07.06.2019 16:34

Ötən il 2 quruma büdcə ssudası verilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində deyilir. Bildirilir ki, "Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında" Qanunda dövlət tərəfindən verilən büdcə ssudaları üzrə əməliyyatların həyata keçirilməsi nəzərdə tutulmasa da, 2 halda 86 min 823,5 ABŞ dolları və 2 halda 74 min 138,4 manat məbləğində vəsait 2 dövlət təşkilatına büdcə ssudası adı ilə verilib.

Rəydə bu vəsaitlərin vahid xəzinə hesabının sərbəst qalığı hesabına həyata keçirildyi qeyd edilib: "Büdcə ili ərzində vahid xəzinə hesabının sərbəst qalığının idarəetməyə verilməsi Qaydaları" ilə isə sərbəst qalıq vəsaitlərindən büdcə ssudası verilməsi nəzərdə tutulmadığını nəzərə alaraq Hesablama Palatası büdcə ssudalarının faizsiz verilməsinin bu vəsaitlərdən istifadə etməklə dövlət büdcəsinə əlavə gəlir əldə olunması ilə bağlı qaydalarla müəyyən edilmiş məqsədə uyğun olmaması qənaətindədir".

© xezerxeber.az


87 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR