Azərbaycanda vergi ödəyicilərinin büdcəyə olan artıqödəmə məbləği 21%-dən çox azalıb

07.06.2019 16:06

Ötən il ərzində Azərbaycanda vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləği 21%-dən çox azalıb.

Bu, Hesablama Palatası 2018-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı rəyində qeyd olunub. Rəydə bildirilib ki, vergi və digər icbari ödənişlər üzrə vergi ödəyicilərinin dövlət büdcəsinə olan artıqödəmə məbləği 01.01.2019-cu il tarixə ümumilikdə 2 001 221,6 min manat təşkil edib ki, bu da 01.01.2018-ci il tarixinə olan göstəricidən 543 665,8 min manat və ya 21,4% azdır.

Bu məbləğin 94,3%-i qeyri-neft sektorun, 5,7%-i isə neft sektorunun payına düşüb. Əvvəlki dövrlə müqayisədə neft sektoru üzrə azalma 52,3% təşkil edib. Rəydə 2018-ci il ərzində artıqödəmə məbləğinin qeyd olunan əhəmiyyətli dərəcədə azalmasının yalnız oktyabr-dekabr aylarına təsadüf etdiyi, yanvar-sentyabr aylarında isə artıq ödəmə məbləğinin artdığı göstərilib.

© xezerxeber.az

FOTOQALERIYA






119 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR