Avroliqanın finalına bilet alan tamaşaçıların daşınması üçün ekspress avtobuslar ayrılıb

28.05.2019 17:34

Sabah Bakı Olimpiya Stadionunda UEFA Avropa Liqasının Finalına bilet alan tamaşaçıların daşınması X1 və X2 ekspres marşrut xətt avtobusları vasitəsi ilə həyata keçiriləcək.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a verilən məlumata görə, final oyununa bilet alan şəxslər Bakı Olimpiya Stadionuna metronun "28 May” stansiyası yaxınlığından X2 (Səməd Vurğun bağı) ekspres xətt avtobuslarından istifadə etməklə gedə biləcəklər.

Daşımalara axşam saat 19:00-da başlanılacaq və proses saat 23:00-dək davam edəcək.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

17.07.2019 09:53

İranda zəlzələ olub

ÇOX OXUNANLAR