“Bitkoin” ilin rekordunu vurdu

28.05.2019 14:44

Bitkoinkriptovalyutasının məzənnəsi 2018-ci ilin may ayında ən yüksək göstəriciyə yüksəlib.

Bu, "CoinDesk” saytının məlumatlarında öz əksini tapıb.

Mayın 27-də Bakı vaxtı ilə 05:00-a olan göstəricilərə görə, kriptovalyutanın satış qiyməti 8,9 min dollara çatıb. Ancaq 13:40-da qiymət 8,7 min dollara düşüb. Bitkoinin ümumi kapitalizasiyasının 154,6 milyard dollar təşkil etdiyi bildirilir.

Qiymət artımı digər kriptovalyutalarda da müşahidə olunub: "Ehtereum” 7,7 faiz, "Litecoin”12,5 faiz, XRP -6,5 faiz, "Bitcoin Cash” 8,5 faiz bahalaşıb.

© xezerxeber.az


153 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR