Bəzi avtobusların hərəkət sxemi dəyişdirilib

23.05.2019 10:55

Bəzi avtobusların hərəkət sxemində dəyişiklik edilib.

Bakı Nəqliyyat Agentliyindən xezerxeber.az-a bildirilib ki, mayın 23-dən 5, 6, 53, 56, 88, 120, 125 və 205 nömrəli müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində dəyişiklik olunub. Dəyişiklik Səbail rayonu, Əhəd Yaqubov küçəsində aparılan yenidənqurma işləri ilə əlaqədar hərəkətin tam məhdudlaşdırılması səbəbindən edilib. Qeyd edilən tarixdən bu xətlər üzrə avtobuslar alternativ olaraq M.Mustafayev və M.Useynov küçələrindən keçməklə fəaliyyət göstərəcəklər.

Dəyişiklik məhdudiyyət tam aradan qalxanadək qüvvədədir.

© xezerxeber.az


100 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR