Bakının bir hissəsində su olmayacaq

21.05.2019 10:03

Suraxanı rayonunun bir hissəsinə içməli su müəyyən fasilələrlə veriləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə "Azərsu” ASC məlumat yayıb.

Məlumata əsasən, magistral su kəmərlərində aparılan yenidənqurma işləri ilə əlaqədar 21-22 may 2019-cu il tarixlərində Suraxanı rayonunun bir hissəsinə (Suraxanı, Hövsan, Əmircan qəsəbələrinə və Qaraçuxur qəsəbəsinin bəzi hissələrin) içməli su müəyyən fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar "Azərsu” ASC abonentlərdən üzr istəyir.

© xezerxeber.az


264 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR