Bakı
23 C
USD
EUR
1.7000
1.9090
RUB
GBP
0.0260
2.2114
XƏBƏR
ARXİVİ

OPEC-in baş katibi: İranı neft bazarından silmək mümkün deyil

03.05.2019 14:15

İranı neft bazarından silmək mümkün deyil. İranın problemləri təkcə bu ölkəyə deyil, bütün Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) təsir edir.

Xezerxeber.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə OPEC-in baş katibi Məhəmməd Barkindo deyib.

O, İranı neft bazarından çıxarmağın mümkün olmadığını və OPEC-in neft məsələsini siyasətdən kənar idarə etməyə çalışdığını bildirib: "OPEC qərarları kollektiv olaraq qəbul edir və təşkilatın birtərəfli siyasəti yoxdur. OPEC yarandığı gündən ötən 60 il ərzində müxtəlif problemlərlə qarşı-qarşıya qalıb. OPEC üzv ölkələrin müxtəlif problemlərinin həllinə kömək edib. Əgər bu birliyi qoruya bilmişiksə, problemləri də həll edə bilərik. OPEC təşkilati qərarlar qəbul edir, birtərəfli siyasəti yoxdur. Bütün üzv ölkələr toplaşır və birgə qərarlar qəbul olunur”.

Müxtəlif nazirliklər və OPEC Katibliyi səviyyəsində İran məsələsi ilə bağlı problemin həllinə dair müzakirələrin aparıldığını deyən M.Barkindo bildirib: "İranı neft bazarından silmək mümkün deyil. İranın problemləri təkcə bu ölkəyə deyil, bütün OPEC-ə təsir edir”.

© xezerxeber.az


143 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR