Əhaliyə şad xəbər! Təbii qaza tətbiq edilən limit artırıldı

30.04.2019 19:08

"Təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1700 kubmetrdən 2200 kubmetrə qaldırılıb.

Xezerxeber.az-ın məlumatına görə, bunu İqtisadiyyat naziri Şahin Mustafayev deyib.
 
Qeyd edib ki, Azərbaycan Respublikası Tarif (qiymət) Şurası bu gün ölkədə təbii qaza tətbiq edilən limitə yenidən baxıb. İclasda təbii qaza tətbiq edilən limitin artırılması barədə qərar qəbul edilib. 

Nazir Şahin Mustafayev iclasdan sonra keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda güzəştli tariflərdən əhalinin 85%-i istifadə edəcək: "Qərar sabahdan qüvvəyə minəcək. Hesablanma mayın 1 -dən 1-nə hesablanacaq".

Xatırladaq ki, Tarif Şurasının qərarına uyğun olaraq, 2017-ci ilin yanvar ayının 1-dən etibarən əhali qrupu üzrə istehlak olunan təbii qazın illik həcminin 1 700 kubmetr olan hissəsinin dəyəri 10 qəpiklə, 1 700 kubmetrdən artıq istifadə olunan hər kubmetr qazın dəyəri isə 20 qəpiklə hesablanırdı.

© xezerxeber.az

FOTOQALERIYA






1208 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR