Üç ayda Azərbaycandan MDB ölkələrinə məhsul ixracı azalıb

30.04.2019 16:39

Cari ilin yanvar-mart aylarında Azərbaycandan MDB-yə üzv ölkələrə 187 milyon 788 min ABŞ dolları dəyərində məhsul ixrac edilib.

Dövlət Gömrük Komitəsindən xezerxeber.az-a bildirilib ki, bu göstərici 2018-ci ilin eyni dövrünə nisbətən 4 milyon 445 min dollar azdır.

Birinci rübdə Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 682 milyon 930 min dollar olub.

© xezerxeber.az


190 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR