Şri-Lankada partlayışlar nəticəsində həlak olan əcnəbilərin sayı açıqlanıb

29.04.2019 18:14

Şri-Lanka Xarici İşlər Nazirliyi aprelin 21-də baş vermiş silsilə partlayışlar nəticəsində həlak olan 42 əcnəbinin adını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, nazirlikdən, həmçinin 12 əcnəbinin itkin düşənlərin siyahısında olduğu və onların şəxsiyyəti müəyyən edilməmiş cəsədlərin arasında ola biləcəyi bildirilib.

Xatırladaq ki, aprelin 21-də pasxa bayramı zamanı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində təxminən 250-260 nəfər həlak olub, 500-dən çox insan isə yaralanıb. İlk 6 partlayış Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsə və 3 oteldə qeydə alınıb, 7-ci partlayış adanın qərbində, 8-ci partlayış isə Kolombo şəhəri yaxınlığında yerləşən yaşayış kompleksində baş verib.

Hakimiyyət orqanları terror aktlarının məsuliyyətini "Tövhid camaatı” qruplaşmasının üzərinə qoyub. Hücumların məsuliyyətini öz üzərinə götürən İŞİD qruplaşması isə bununla bağlı hələlik heç bir sübut təqdim etməyib. Hakimiyyət orqanlarının məlumatına əsasən, hazırda ada dövlətinin ərazisində İŞİD-in 130-140 üzvü fəaliyyət göstərir.

Şri-Lanka polisi partlayışlarla əlaqədə şübhəli bilinən onlarla insanı saxlayıb. Təhqiqatın versiyasına görə, hücumda 9 kamikadze iştirak edib, onlardan 8-nin şəxsiyyəti müəyyən olunub.

© xezerxeber.az


265 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2019 09:44

Neft bahalaşıb

ÇOX OXUNANLAR