Birinci rübdə 283 minik avtomobili istehsal olunub

27.04.2019 15:59

Cari ilin yanvar-mart aylarında 283 minik avtomobili istehsal edilib.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a bildirilib ki, 3 ayda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 53,7 milyon manatlıq məhsul istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 85,6 faiz, maşın və avadanlıqların istehsalı 13,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 2,6 faiz artıb.

Rüb ərzində 313 ədəd traktor, 283 ədəd minik avtomobili istehsal olunub, fəvvarə armaturunun istehsalı 46,7 faiz, ştanqlı quyu nasoslarının istehsalı 46,1 faiz artıb.

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR