Neftin qiyməti 2015-ci ildən indiyədək ən böyük həftəlik artım tempinə yönəlib

26.04.2019 13:11

Dünya birjalarında "qara qızıl”ın qiyməti son 4 ilin ən böyük həftəlik artım tempinə yönəlib.

Neftin qiyməti qlobal bazarda tədarük çatışmazlığına dair narahatlıqlar, İranda ixracın geriləməsi, ABŞ-da isə ehtiyatların artması, eləcə də OPEK+ koalisiyasının istehsalı azaltması, Venesuela və Liviyada hasilatdakı axsaqlıqlar fonunda bahalaşır.

Ötən rübdə neftin qiyməti son 10 ilin ən yaxşı rüblük performansını göstərib. Ümumilikdə isə bu il "qara qızıl”ın qiyməti təxminən 43 faizdən çox artıb.

Qeyd edək ki, hazırda "Brent” markalı xam neftin bir barreli Londonun ICE birjasında 74,08 dollara, "Light” neftinin bir barreli isə Nyu-Yorkun NYMEX birjasında 64,86 dollara satılır. (AZƏRTAC)

© xezerxeber.az

FOTOQALERIYA






207 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR