Gecə saatlarında bu prospektdə hərəkət məhdudlaşdırılacaq

26.04.2019 11:16

Aparılan təmir işləri ilə əlaqədar olaraq aprel ayının 26-dan 27-nə keçən gecədən etibarən Sabunçu rayonu, Bakıxanov qəsəbəsinin General Səmədbəy Mehmandarov prospektində avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agnetliyindən xezerxeber.az-a verilən məlumata görə, avtonəqliyyat vasitələrinin hərəkəti Yavər Əliyev küçəsindən Leyla Məmmədbəyova küçəsinə yönəldilməklə təmin olunacaq.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

© xezerxeber.az


241 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR