Bu gün Xırdalan və Masazırda elektrik enerjisinin təchizatında fasilələr yaranacaq

25.04.2019 10:47

Bu gün saat 11:30-dan 14:30-dək Abşeron rayonu Xırdalan şəhərinin 22, 23, 24, 25 və 26-cı məhəllələrində və Masazır qəsəbəsinin bir sıra ərazilərində elektrik enerjisinin təchizatında qısamüddətli fasilələr yaranacaq. Bunu  "Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
Onun sözlərinə görə, fasilə 110/10kv-luq Əliağa Vahid yarımstansiyasında və bu yarımstansiyadan çıxan elektrik verilişi xətlərində aparılan yenidənqurma işləri ilə əlaqədardır.

© xezerxeber.az


279 dəfə oxunub

XƏBƏRLƏR

23.07.2019 09:44

Neft bahalaşıb

ÇOX OXUNANLAR