Ölkədə qızıl-gümüş ucuzlaşıb

25.04.2019 09:17

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Xezerxeber.az-ın məlumatına görə, aprelin 24-də qızılın qiyməti aprelin 23-ü ilə müqayisədə 7,7945 manat azalaraq 1 unsiya üçün 2159,0255 manat təşkil edib.

Gümüş 0,3352 manat ucuzlaşaraq 1 unsiya üçün 25,1932 manata bərabər olub.

Trend-ə görə, platinin qiyməti 20,247 manat azalaraq 1509,0135 manat, palladiumun qiyməti isə 8,1175 manat azalaraq 2358,3165 manat təşkil edib.

Ad

24.04.2019

23.04.2019

Qızıl

XAU

2159.0255

2166.8200

Gümüş

XAG

25.1932

25.5284

Platin

XPT

1509.0135

1529.2605

Palladium

XPD

2358.3165

2366.4340

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.

© xezerxeber.az


262 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR