Qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı artıb

23.04.2019 13:11

Cari ilin ilk rübündə qeydiyyatdan keçmiş vergiödəyicilərinin sayı 25 min 536 (3 min 270 hüquqi şəxs, 22 min 266 fiziki şəxs) olub, bu da ötən ilin müvafiq dövrünə nisbətən 25,5 faiz çoxdur.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən xezerxeber.az-a bildirilib ki, qeydiyyatdan keçmiş vergiödəyicilərinin 52,2 faizi regionların payına düşüb.

Həmçinin hesabat dövründə 11 min 232 təsərrüfat subyekti (obyektinin) qeydiyyatdan keçib ki, bu da ötən ilin müvafiq dövrün nisbətən 73,2 faiz çox olub.

ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış vergiödəyicilərinin sayı 4033 olub ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 4,8 dəfə çoxdur.

© xezerxeber.az


324 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR