Yanvarda ət, süd və tərəvəz istehsalı artıb

19.02.2019 18:14

Yanvarda ölkədə diri çəkidə 40,7 min ton ət, 152,5 min ton süd, 144,2 milyon ədəd yumurta, 15,6 min ton tərəvəz istehsal olunub.

Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ötən ilin eyni ayı ilə müqayisədə ət istehsalı 3,4 faiz, süd istehsalı 0,9 faiz, tərəvəz istehsalı 1,7 dəfə artıb, yumurta istehsalı isə 14,5 faiz azalıb.

Keçən ay 2018-ci ilin yanvar ayı ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən heyvandarlıq məhsullarının istehsalı 1,2 faiz, bitkiçilik məhsullarının istehsalı isə 43,6 faiz artıb.

© xezerxeber.az


108 dəfə oxunub

XƏBƏRLƏR

ÇOX OXUNANLAR