Bakıda bu marşrut da kart sisteminə keçir

14.06.2018 13:42

Yaxın zamanlarda 199 saylı marşrutla hərəkət edən avtobuslar kart sistemi ilə ödənişə keçəcək.

Bu barədə Trend-ə "Xaliq Faiqoğlu” nəqliyyat şirkətindən bildiriblər.

199 saylı avtobuslar "Riad” ticarət mərkəzi – "Şərq bazarı” marşrutu ilə hərəkət edir.

Şirkətdən verilən məlumata görə, avtobusların kart sisteminə keçidinin dəqiq vaxtı məlum olmasa da, bunun gələn ay ola biləcəyi gözlənilir.

Qeyd edək ki, hazırda "Xaliq Faiqoğlu”na məxsus 18, 52, 61, 65, 79, 85, 96 və 135 saylı marşrutlarda "BakıKart” sistemi işləyir.

© xezerxeber.az


202 dəfə oxunub

ÇOX OXUNANLAR